19 Noyabr 2014 02:57
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Premyer Liqasında oynayan "Torpedo"nun (Moskva) oyunçusu Kirill Kombarov 2 yaşlı oğlunun doğum günü partisinə sirkdən ayı gətirdib.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, Kombarov ictimai paylaşma saytı "Instagram"dakı fərdi hesabından ayı ilə çəkilmiş fotoşəkillərini paylaşıb. Rus futbolçunun oğlunun ayının belinə minmiş halda çəkdirdiyi foto hamının diqqətinə səbəb olub.

Qalstuk və ağızlıq taxılı halda doğum günü partisinə gətirilən ayı ilə çəkilən fotoşəkillər ictimai mediada qınqla qarşılanıb. Kombarov bu reaksiyalardan sonra fotoları silib.

Nihad


Müəllif: