19 Noyabr 2014 06:18
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidentinin İŞİD terror qruplaşması ilə mübarizə aparan koalisiyadakı xüsusi nümayəndəsi Con Allen Ankaraya səfər edib.

Teleqraf.com-un “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, o, noyabrın 19-da Türkiyə rəhbərliyi ilə İŞİD-ə qarşı birgə mübarizəni müzakirə edəcək. Məlumata görə, bu barədə ötən gün ABŞ xarici siyasət qurumunun nümayəndəsi Ceff Ratke bildirib.

Türkiyə mətbuatı isə Ankarada ötən həftə “Azad Suriya Ordusu”nun silahlılarının təchizatı və təlimi ilə bağlı danışıqların yekun raundunun yekunlaşdığını bildirib.

Məlumata görə, söhbət Türkiyənin Kırşexir əyalətində 2000 suriyalı silahlının hazırlaşdırılmasından gedir. Həmçinin, ABŞ hökuməti onların silah-sursatla təmin olunmasını qismən, təlim xərclərinin isə tam şəkildə ödənilməsini öz üzərinə götürüb. ABŞ hökumətinin bu məqsədlər üçün Türkiyəyə öz hərbi mütəxəssislərinin göndərəcəyi də qeyd olunub.

Lakin Ceff Ratke ötən gün bu məlumatları təsdiq etməkdən boyun qaçırdı. O, həmçinin, səfərinin belə bir təlim düşərgəsinin yaradılması məsələsi ilə bağlı olub-olmadığı sualına da cavab vermək istəməyib.

“Bizim tərəfdaşlar, xüsusən də Səudiyyə Ərəbistanı və Türkiyə Suriya müxalifətinin hazırlaşdırılması proqramının reallaşdırılmasında yardımlarını təklif ediblər. İnfrastrukturun yaradılması üçün müəyyən vaxt gərəkdir. Konkret detalları isə siz Müdafiə Nazirliyində öyrənə bilərsiniz” - deyə, Ratke bildirib.


Müəllif: