Qazaxıstanın hüquq-mühafizə orqanları davam edən iğtişaşlarla əlaqədar respublika ərazisində 70 nəzarət-buraxılış məntəqəsi yaradıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Respublikada fövqəladə vəziyyət rejimi çərçivəsində tədbirlər həyata keçirilir. Bütün amirliklər (rayon idarələri) azad edilib və gücləndirilmiş mühafizəyə verilib. Ölkə ərazisində gecə-gündüz işləyən 70 nəzarət-buraxılış məntəqəsi fəaliyyət göstərir”, - DİN bəyan edib.
“Xəbər 24” telekanalının polisə istinadən verdiyi məlumata görə, Qazaxıstanın paytaxtı Nur-Sultan ətrafında 6 nəzarət-buraxılış məntəqəsi yaradılıb. Onlar Qaraqanda, Kosşa, Kokshetau, Pavlodar, Korqajin və Həştərxanka kəndləri istiqamətində yerləşir.