19 Noyabr 2014 09:11
1 517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada özünü göstərən iqtisadi durğunluq və geriləmə baş nazir Sindzo Abeni növbədənkənar seçkilər keçirməyə vadar edib. İctimai qınaq və sərt tənqidlər qarşısında duruş gətirməyən baş nazir erkən seçkilər getməyə məcbur olub.

Teleqraf.com-un ENEX elektron nəşrinə istinadən məlumatına görə,noyabr ayının 21-də parlamentin aşağı palatasını buraxılacaq.

İyul ayından sentyabr ayına qədər olan dövrdə Yaponiyanın Ümumi Daxili Məhsulunda azalma müşahidə olunub. Rəsmilər, eyni zamanda, satışlara görə tutulan vergilərin 5 faiz artdığını məruzə ediblər. İqtisadi inkişaf bu cür davam edəcəyi təqdirdə isə, 2015-ci ilin oktyabr ayına qədər vergilərin 10 faiz olacağı proqnozlaşdırılır.

Xatırladaq ki, Sindzo Abe iki il əvvəl Yaponiyanın baş nazir seçilmişdi. Ölkə əhalisi Abenin Yaponiya iqtisadiyyatını gücləndirəcəyinə ümid edirlər. Nazirin parlamenti buraxması qərarı isə onu iki qat gözdən salıb.


Müəllif: