Qazaxıstanın Almatı vilayətinin inzibati mərkəzi Taldıkorqan şəhərində istintaq təcridxanasına hücumu dəf edərkən bir təhlükəsizlik əməkdaşı həlak olub, üç nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “İnterfaks” Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, “Arlan” xüsusi təyinatlı dəstəsinin əməkdaşı və penitensiar sistemin iki əməkdaşı yaralanıb. Güllə yarası nəticəsində penitensiar sistemin bir əməkdaşı həlak olub.
Bundan əvvəl Qazaxıstanın Taldıkorqan şəhərindəki istintaq təcridxanasına kamuflyaj geyinmiş 20 nəfər hücum etməyə cəhd edib.
Xüsusi əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları bir hücumçunu öldürüb, ikincisi isə yaralanıb.