Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev paytaxtdadır və dövlət başçısı Kasım-Jomart Tokayevlə birbaşa əlaqə saxlayır.
Teleqraf.com xəbər verir ki, bu barədə onun mətbuat xidmətinin rəhbəri Aydos Ukibay açıqlama verib.
“Elbası Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərindədir. Xahiş edirəm, bilərəkdən yalan və spekulyativ məlumatlar yaymayın. Elbası bir sıra məşvərətçi görüşlər keçirir və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birbaşa təmasdadır”, - Aydos Ukibay qeyd edib.
Ukibay elbasının hər kəsi Qazaxıstan prezidentinin ətrafında birləşməyə çağırdığını da deyib.
O, həmçinin bildirib ki, Nazarbayev Qazaxıstana dost olan dövlət başçıları ilə bir neçə dəfə telefon danışığı aparıb.