Qırğızıstan Prezidenti Sadır Japarov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin dövlət başçılarının Qazaxıstandakı vəziyyətə həsr olunmuş onlayn görüşündə iştirak etməyəcək.
Teleqraf.com xəbər verir ki, Japarov bu gün qısamüddətli məzuniyyətə çıxıb.
Ölkə liderinin KTMT-nin iclasının keçiriləcəyi açıqlandıqdan sonra məzuniyyət çıxacağı məlum olub.
Qırğızıstan Baş naziri Akılbek Japarov onun əvəzinə KTMT-nin növbədənkənar iclasında iştirak edəcək.
Bundan əvvəl Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Ermənistan liderlərinin onlayn görüşdə iştirak edəcəyi bildirilib.