11 Yanvar 2022 23:38
1 525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribata cavab olaraq Azərbaycan Ordusunun əsgərləri dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində düşmənin iki postunu dağıdıb.

Teleqraf.com xəbər verir ki, əsgərlərimiz səkkiz nəfər düşmən hərbi qulluqçusunu məhv edib.

Görünən odur ki, son günlər baş verən hadisələr fonunda KTMT-yə müvəqqəti sədrlik edən Ermənistanın baş naziri Nikol Paşinyan eyforiyaya qapılıb və verdiyi qərarların məsuliyyətini dərk etməyəcək dərəcədə “başını itirib”.

Lakin Azərbaycan Ordusunun sayıqlığı hər zamankı kimi yüksək səviyyədədir və bundan sonra bir əsgərimizin əvəzinə ən az 8-10 erməni hərbçisi məhv ediləcəkdir.

Ermənistanın hərbi-siyasi rəhbərliyi təxribata cəhd edərkən mütləq bu nüansı göz önünə alsınlar!


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər