ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Rusiyanın mümkün hücumuna qarşı Ukrayna ordusu və kəşfiyyatına gizli əməliyyat keçdiyi iddia olunub.
Teıeqraf.com xəbər verir ki, MKİ-nin Ukrayna hərbçilərinə “Rusiyaya qarşı müqavimət” təlimləri keçdiyi deyilib.
Keçmiş prezident Barak Obama dövründə qurulan Mərkəzi Kəşfiyyat İdarəsinin Quru Əməliyyatlar Departamentinin Ukrayna xüsusi təyinatlıları və kəşfiyyata bağlı qüvvələrə hərbiləşdirilmiş əməliyyatlar təlimi verdiyi iddia edilib. ABŞ-ın cənub ştatlarından birində keçirilən bir neçə həftəlik intensivləşdirilmiş təlimin silah istifadəsi, kamuflyaj və quruda naviqasiya kimi bir çox mövzuları əhatə etdiyi bildirilib.
Proqramın Rusiyanın hücumlarını dəf etmək və mümkün işğalda ruslara qarşı müqavimət əməliyyatı keçirmək üzərində qurulduğu və təlim keçmiş qrupun yaxın gələcəkdə Rusiyaya qarşı kritik rol oynayacağı vurğulanıb. Bildirilib ki, MKİ-nin sözügedən bölməsinə bağlı agentlər 2015-ci ildən mütəmadi olaraq Ukraynanın şərqinə gələrək, Ukrayna ordusuna taktiki dəstək verirlər.
Ukraynada ABŞ ordusunun 200 hərbçisi var. Pentaqon bu qüvvələrin Ukrayna ordusuna taktiki dəstək vermək üçün müvəqqəti missiya yerinə yetirdiyini açıqlayıb.