19 Yanvar 2022 11:09
1 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Kilikiya Evinin katolikosu I Aram 2022-ci ilin diaspor ili elan edilməsi münasibəti ilə Livan-erməni ziyalıları ilə görüş-məsləhətləşmə keçirib.

Teleqraf.com xəbər verir ki, I Aramın tədbir zamanı etdiyi çıxışın bir hissəsi özünün "Facebook" hesabında paylaşılıb.

Çıxışa diqqət etdikdə məlum olur ki, katolikos erməni diasporunun mövcud durumundan ciddi narahatlıq keçirir və bu sistemin dağıldığını, erməni gənclərin artıq bu istiqamətə meyl etmədiyi ortaya çıxır.

Katolikos çıxışı zamanı 2022-ci ilin niyə diaspora ili elan edilməsinə diqqət çəkir və deyir:

“Belə bir bəyanatla çıxış etmək üçün əsaslı səbəblərim var idi, çünki diaspor genişlənməyə və yayılmağa başladı. Ermənilərin böyük əksəriyyəti diaspor içərisindədir. Diaspor köhnəlməyə və sönməyə başlayıb. Diaspor özünə laqeyd yanaşmağa, Ermənistandan məyus olmağa başlayıb. Xüsusən son illərdə, Qarabağ müharibəsindən sonra...”.

I Aram əlavə edir ki, erməni gənclər bizim kollektiv həyatımızdan, qurumlarımızdan uzaqlaşmağa başladılar: “Erməni həyatında əcnəbinin olması hiss olunurdu. Biz ətrafımızda baş verən dəyişikliklərlə ayaqlaşmırıq”.


Müəllif: Nemət

Oxşar xəbərlər