17-22 yanvar tarixlərində Okinavanın cənubunda Yaponiya Özünümüdafiə Qüvvələri ilə ABŞ Hərbi Dəniz Qüvvələri böyük birgə təlim keçiriblər.
Teleqraf.com-un məlumatına görə, bu barədə Yaponiya Özünümüdafiə Qüvvələrindən bildiriblər.
Məlumata əsasən, təlimlərdə ABŞ tərəfindən "Karl Vinson" və "Avraam Linkol" aviadaşıyıcıları da daxil olmaqla 10 gəmi, Yaponiya tərəfindən isə "Hyuqa" sinifli helikopterdaşıyıcı iştirak edib.