Yaxın zamanlarda Rusiya tərəfindən hücum olmayacaq.
Teleqraf.com əbər verir ki, bunu Ukrayna Müdafiə naziri Aleksey Reznikov bildirib.
Nazir bildirib ki, hərbi baxımdan Rusiyanın hücum etmək üçün səbəbi yoxdur: “Amma bu, rusların hücum etməyəcəyi mənasını vermir. Risk hər zaman var”.
Xarici ölkələrin iştirakı şərti ilə Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə görüşməyə hazır olduğunu bildirən Reznikov əlavə edib ki, Brüssel, Münixdə ABŞ və Birləşmiş Krallıq kimi partnyorların iştiralı ilə Şoyqu ilə müzakirələr aparmağa hazırdır.