26 Yanvar 2022 17:13
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviya Prezidenti Eqils Levits hesab edir ki, Rusiya sovet imperiyasını bərpa etmək istəyir.

Teleqraf.com xəbər verir ki, Latviyanın dövlət başçısı prezidentin saytında yerləşdirilmiş müraciətində deyib:

“Rusiyanın 2008-ci ildə Gürcüstana müdaxiləsi və onun 2014-cü ildən Ukraynaya qarşı davam edən təcavüzü 1990-1991-ci illərdə məzlum xalqların azadlığı bərpa etmək cəhdləri nəticəsində dağılmış sovet imperiyasını bərpa etmək niyyətini nümayiş etdirir”.

O əlavə edib ki, “Rusiya nə qədər çalışsa da tarixin təkərini geri döndərmək mümkün deyil”.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, Rusiya Prezidenti Vladimir Putinin dəfələrlə dediyi kimi, SSRİ-nin dirçəlişindən və ya bərpasından ciddi danışmaq çətin ki mümkün olsun.

Dekabr ayında ABŞ dövlət katibinin müşaviri Viktoriya Nuland Rusiya Prezidentinin “Sovet İttifaqını yenidən yaratmaq” çalışmasından narahatlığını bildirmişdi.


Müəllif: Səxavət