Qırğızıstanın Batken vilayətinin mülki müdafiə xidmətləri fövqəladə iş rejiminə keçib.
Teleqraf.com-un məlumatına görə, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi bildirib.
Nazirlikdən verilən məlumata əsasən, Oş-Batken-İsfana yolunun Tort-Koço hissəsində baş verən silahlı toqquşma nəticəsində yerli vaxtla saat 20:04-də Orto-Boz kəndinin sakinlərinin Batken rayonunun Ravat kəndinə təxliyə olunmasına başlanılıb.
Həmçinin, Jaka-Oruk, Üç-Dobo, Səmərqəndək, Ak-Say, Taş-Tumşuk kəndlərinin yerli sakinləri şəxsi avtomobillərlə Batken rayonunun Rəvat kəndi istiqamətində təxliyə edilir.
Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin Batken vilayəti ərazisində yerləşən bölmələri “TOPLANIN” siqnalı ilə qaldırılıb, əhalinin xəbərdar edilməsi və təxliyəsi üzrə tədbirlər davam etdirilir.