29 Yanvar 2022 23:38
4 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dani qəbiləsi İndoneziyanın Vamen adlı bir qəsəbəsində yaşayır, bura yalnız təyyarə ilə gəlmək mümkündür.

Teleqraf.com xəbər verir ki, Papua əyalətinin ucqarında yaşayan qəbilə ilk dəfə 1938-ci ildə amerikalı missioner Riçard Arçbold tərəfindən kəşf edilib.

Dünyanın ən təcrid olunmuş və dəyişməz ibtidai qəbilələrindən biri olan danilər meşənin dərinliklərində yaşayırlar. Geyimləri, adət-ənənələri və həyat tərzi ilə qəbilə özünü kənar dünyadan tamamilə təcrid edib.

Dani qəbiləsinin müasir dünyadan kənar olduğu ən çox yas və dəfn mərasimləri zamanı özünü göstərir. Dani üzvləri sevdiklərini itirdikdə dünyanın ən ağrılı kədərini yaşayırlar.

Qəbilə üzvlərinin həyat yoldaşları və uşaqları kimi yaxınları vəfat edəndə yas tutmaq üçün barmaqlarını kəsirlər. Kəsməzdən əvvəl barmağı iplə bərk-bərk sıxıb, uyuşdururlar, sonra kəsirlər. Qəribə və ağrılı kədərlə həyatlarını bu şəkildə davam etdirirlər.

Bu ənənə qəbilədə o qədər geniş yayılıb ki, barmaqların sayına baxdıqda onların evli olub-olmadığı anlaşılır.


Müəllif: Mənsur Rəğbətoğlu