20 Noyabr 2014 22:40
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Nijni Novqorod vilayətində “Yevrokopter” tipli helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb.

Teleqraf.com-un “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, hazırda hadisənin səbəbləri araşdırılır.

İlkin məlumata görə, qəzaya səbəb əlverişsiz hava şəraiti – güclü duman və heyət komandirinin səhvi olub.

Qəza nəticəsində Şebarşovlar ailəsinin (ata, ana və onların 16 yaşlı oğlu) həlak olduğu ehtimal olunur. Ölənlərdən hələlik dörd nəfərin kimliyini müəyyən etmək mümkün olub.


Müəllif:

Oxşar xəbərlər