9 Fevral 2022 00:29
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada son bir neçə gün ərzində 10 terror aktı və təxribat törədilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Suriyada Döyüşən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzi məlumat yayıb.

Terror aktları nəticəsində 18 nəfər ölüb, 25 nəfər yaralanıb.

Məlumata görə, silahlı qrupların rəhbərləri Homs, Dəməşq, Dəra və Əs-Suveyda əyalətlərində dövlət rəsmilərinə və obyektlərə qarşı təxribat törətməyi planlaşdırırmış.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər