Türkiyənin baş naziri Əhməd Davudoğlu iraqlı həmkarı Heydər əl-Əbədi ilə görüşüb. İraqın paytaxtı Bağdadda baş tutan görüşdə İŞİD terrorçu qruplaşmasına qarşı mübarizə əsas müzakirə mövzusu olub. Davudoğlu terrorizmə qarşı mübarizədə İraqa hərbi dəstək təklif edib.
Teleqraf. com-un "Associated Press"ə istinadən məlumatına görə, “Türkiyə hər zamanı İraqın ərazi bütövlüyün, stabilliyini və daxil siyasətini dəstəkləyib. İraqda hər kəsə qarşı etnik, dini və əqidə fərqindən asılı olmayaraq, qardaş münasibəti göstərmişik. Təhlükəsizlik məsələsində, xüsusilə, İŞİD-in İraqdakı terror hədəsi ilə əlaqədar mövqeyimiz məlumdur. İraqda təhlükəyə səbəb olan təşkilatlar, eyni zamanda, Türkiyə üçün təhlükə mənbəyidir”
Görüşdə tərəflər təhlükəsizlik sahəsində əməkdaşlıq etməyə razılıq veriblər.
Bir qədər əvvəl Türkiyənin İŞİD-in nəzarəti altına olan ərazidən neft alması iki ölkə arasında gərginliyə səbəb olmuşdu. Əl-Əbədi bu məsələnin öz həllini tapdığını bildirib.
Avropa ölkələri İŞİD-ə qarşı mübarizə tədbirlərini gücləndirməyə çalışdığı bir vaxtda Fransadan olan mücahidlərin həmvətənlərini cihada çağırması rəsmi Parisi təşvişə salıb. İnternetdə yayımlanan kadrlarda mücahidlər Fransa passportlarını yandıraraq ölkəyə geri qayıtmaq niyyətində olmadıqlarını bildiriblər. Hazırda İraq və Suriyada 1000-ə yaxın fransalı mücahidin İŞİD tərkibində döyüşdüyü bildirilir.
Böyük Britaniyanın paytaxtı Londonda İŞİD-ə əlaqədar olduğu ehtimal edilən, ölkədə terror törətməyi planlaşdırılan 3 nəfər həbs edilib. Şübhəliləri xüsusi əməliyyatlar nəticəsində yaxalamaq mümkün olub.