Dünya bu gün Rusiya prezidenti Putinin on minlərlə əsgərinin təlimini izləyir. Aralıq dənizindəki Rusiya hərbi gəmiləri Krımda Sevastopolda toplanarkən, Ukrayna Putinin Azov dənizinə keçidini təmin edən Kerç boğazını bağlayacağını elan edib. Rusiya heç bir gəminin Qara dənizdə geniş əraziyə girməsinə icazə verməyəcək.
Teleqraf.com xəbər verir ki, Ukraynanın şimalında yerləşən Belarusa 30 min rus əsgəri göndərilib.
Nüvə başlıqları ilə də təchiz oluna bilən “İsgəndər” raketləri ilə yanaşı, S-400 hava hücumundan müdafiə sistemləri, Su-35 və Su-25 döyüş təyyarələri də Belarusa yerləşdirilib. Üstəlik, Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov artıq Şərqi Avropa ölkəsində-Belarusdadır.
Təlimdən ilk fotolarda uzaqmənzilli strateji bombardmançı Tupolev Tu-22M3-lərin havaya qalxdığı və onların yanında Su-35-lərin olduğu görülüb. Bundan əlavə, Belarusdakı S-400-lərin fotoları Rusiya Müdafiə Nazirliyi tərəfindən də paylaşılıb.
Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın Qara dənizdəki təliminə analoji cavab verəcəklərini dünyaya bəyan edib. Xarici İşlər Nazirliyi dərhal sonra açıqlamasında Rusiyanın Qara dəniz və Azov dənizini birləşdirən Kerç boğazını bağladığını açıqlayıb.
Moskvanın bu addımına kəskin etiraz etdiyini qeyd edən Kiyev administrasiyası ticarət gəmilərinin Kerç boğazından keçə bilməyəcəyini bildirir. Ukraynanın fikrincə, Rusiya donanmasının manevrləri həm Qara dənizdə, həm də Azov dənizində naviqasiyanı qeyri-mümkün edir.