14 Fevral 2022 12:21
1 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ administrasiyası Rusiyanın yaxın günlərdə Ukraynaya hərbi müdaxilə planlaşdırdığına dair kəşfiyyat məlumatlarını hələlik təsdiqləmək istəmir, lakin hər hansı bir qəfil hücumun qarşısını almağa çalışacağıq.

Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik müşaviri Cek Sallivan deyib.

O əlavə edib ki, Vaşinqton olaraq işğalın gününü dəqiq proqnozlaşdırmaq iqtidarında deyilik, lakin bir müddətdir ki, Rusiya ilə Ukrayna arasında ciddi hərbi əməliyyatların istənilən gündə, o cümlədən qarşıdan gələn həftədə başlaya biləcəyi vaxtının yetişdiyini deyirik.

Milli təhlükəsizlik müşaviri bildirib ki, Rusiya hərbi qüvvələrinin sərhəddə öz imkanlarını o dərəcədə artırıb ki, istənilən bəhanə ilə hücumu həyata keçirə bilər:

“Rusiya tərəfinin öz qüvvələrini necə gücləndirməsindən, bu qüvvələrin necə manevr etməsindən çox yaxın gələcəkdə böyük hərbi əməliyyatların mümkünlüyü açıq şəkildə görünür”.

Cek Sallivan Rusiya qüvvələrinin potensial hərbi əməliyyatının konkret təfərrüatlarını açıqlayıb, lakin ABŞ-ın kəşfiyyat məlumatlarını Ukrayna və NATO müttəfiqləri ilə bölüşdüyünü vurğulayıb.

O xəbərdarlıq edib ki, Rusiyanın işğalı hər iki tərəfdən ağır insan əzabları və çox sayda mülki itki ilə nəticələnəcək: “Rusiyanın işğalı raket və bomba zərbələri ilə başlayacaq və ardınca Ukrayna sərhədindən qurudan hücum davam edəcək”.

ABŞ rəsmisi söyləyib ki, bu kəşfiyyatı müharibəyə başlamaq üçün deyil, onu dayandırmaq üçün təqdim edirlər.


Müəllif: Nemət

Oxşar xəbərlər