15 Fevral 2022 14:30
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ukrayna iqtisadiyyatına dəstək üçün bir milyard dollar kredit verməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken bəyan edib.

Ağ Ev Rusiyanın işğalının hər an başlaya biləcəyi ilə bağlı açıqlama verərkən, ABŞ dövlət katibi Antoni Blinken ölkəsinin Ukraynaya 1 milyard dollara qədər dövlət borcu zəmanətilə kredit təklif etdiyini açıqlayıb.

Blinken bu qərarın Rusiyanın hərbi hərəkətliliyinin yaratdığı təzyiqlər qarşısında Ukrayna iqtisadiyyatını dəstəkləmək üçün verildiyini bildirib:

"Bu təklif xalqı Rusiyanın sabitliyi pozan siyasəti ilə üzləşən Ukraynanın iqtisadi sabitliyini, artımını və rifahını artıracaq. Beynəlxalq Valyuta Fondu, G7 ölkələri, digər beynəlxalq maliyyə institutları və başqa zəngin donorlar da bu səyləri dəstəkləyə bilərlər”.


Müəllif: Nemət

Oxşar xəbərlər