İsveç hakimiyyəti NATO-ya üzvlük üçün müraciət etmək niyyətində deyil.
Teleqraf.com xəbər verir ki, bunu ölkənin Xarici işlər naziri Ann Linde bildirib.
“Hökumət NATO-ya üzvlük üçün müraciət etmək niyyətində deyil. İsveçin təhlükəsizlik siyasəti dəyişməz olaraq qalır. Hərbi alyanslardan azad olmaq bizə yaxşı xidmət edir və Şimali Avropada sabitlik və təhlükəsizliyə töhfə verir”, – deyə TASS nazirin sözlərindən sitat gətirir.
Lindenin fikrincə, belə kurs transatlantik də daxil olmaqla müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi ilə birlikdə aktiv, geniş və məsuliyyətli təhlükəsizlik və xarici siyasətə yönəlib.
Bundan əvvəl İsveçin dövlət katibi Karin Valensten bildirmişdi ki, ölkə əvvəlki tək alyansa can atmır. Onun sözlərinə görə, hazırkı vəziyyətdə sabitlik və proqnozlaşdırılma vacibdir.