20 Fevral 2022 18:31
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın “anti-terror əməliyyatı” keçirdiyi Malidəki hərbi qüvvələrini geri çəkmək qərarı bu ölkədə bayram əhval-ruhiyyəsi yaradıb.

Teleqraf.com xəbər verir ki, ölkədən çıxarılan 3000-dən çox hərbçi qonşu Nigerdə ​​yerləşdiriləcək.

Fransa hərbi qüvvələrini geri çəkəcəyini açıqladıqdan sonra minlərlə insan paytaxt Bamakoda küçələrə çıxıb.

Küçə şənliklərinin təşkilatçılarından biri Əminə Fofana Fransanın terrorizmlə mübarizə bəhanəsi ilə 9 il ölkədə qaldığını bildirərək, fransız ordusunun ölkədən çıxmasına şərait yaradan keçid hökumətinə təşəkkür edib.

Təşkilatçılardan Bassoro Silla da, Fransa qüvvələrinin geri çəkilməsinin Malidə bayram ab-havası yaratdığını bildirib.

Fransanın uzun müddətdir heç bir problemi həll edə bilmədiyini deyən Silla keçmiş müstəmləkəçi dövlətin öz ölkələrində olduğu müddətdə inkişaf edə bilməyəcəklərini qeyd edib.

Malidə 3 aktiv bazası və 2400 hərbçisi olan Fransa bu bazalardan çıxardığı qüvvələri Nigerdə ​​yerləşdiriləcək.

Fransa Prezidenti Emmanuel Makron fevralın 17-18-də Brüsseldə keçirilən Avropa Birliyi-Afrika Sammitində 4-6 ay ərzində Malidəki fransız hərbçilərinin çıxarılacağını açıqlamışdı. Mali hökuməti bu bəyanatdan sonra fransız qüvvələrindən dərhal ölkədən çıxmağı tələb etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər