Türkiyə Prezidentinin Mühafizə Xidmətinin Xüsusi Əməliyyatlar İdarəsinin rəisi Hayrettin Eren Seneqalda ürək tutmasından vəfat edib.
Teleqraf.com xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Seneqala səfərində öz vəzifəsinin başında olan Eren “Seneqal” stadionunun açılış mərasimində infarkt keçirib.
Bütün müdaxilələrə baxmayaraq Erenin həyatını xilas etmək mümkün olmayıb. Onun cənazəsi Seneqaldakı təmaslarını başa vuran Prezident Ərdoğanın təyyarəsi ilə Türkiyəyə gətirilib.