Ukrayna ordusunun hava hücumundan müdafiə bölmələri səhər saatlarında Rusiya hərbi qüvvələrinin təyyarələrinin Odessaya hücumunun qarşısını alıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumatda rus ordusunun Odessanı raket və qırıcı atəşlərinə məruz qoyduğu bildirilib. Ukraynanın hava hücumundan müdafiə sistemləri Odessaya hücum etməyə cəhd edən rus təyyarələrinə atəş açıb. Hücum dəf olunub.
Odessa Beynəlxalq Hava Limanı bağlanıb. Rusiya desantlarının və ya təyyarələrinin enişinin qarşısını almaq üçün uçuş-enmə zolağına raket sistemləri yerləşdirilib. Eyni zamanda, enişin qarşısını almaq üçün zolaq ağır texnika ilə bağlanıb.