26 Fevral 2022 01:12
2 279
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna rəhbərliyi Rusiya Prezidenti Vladimir Putinin danışıqlara başlamaq təklifinə razılıq verib.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Preziodenti Volodimir Zelenskinin sözçüsü Sergey Nikiforov bildirib.

Nikiforov Ukraynanın danışıqdan imtina etməsi barədə xəbəri təkzib edib.

“Ukrayna atəşkəs və sülhlə bağlı danışmağa hər zaman hazırdır. Bu bizim dəyişməyən mövqeyimizdir. Biz Rusiya prezidentinin təklifinə müsbət cavab vermişik” – deyə Nikiforov vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər