Rusiya hərbçilərinin Kiyev vilayətinin Vasilkova şəhərinə bütün gecə davam edən hücumu Ukrayna Silahlı Qüvvələrinin qələbəsi ilə başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə şəhərin meri Natalya Balasinoviç açıqlama verib.
“İndi döyüşlər başa çatır. Deyə bilərik ki, Vasilkovoda artıq sakitlik hökm sürür və bizim dəhşətli gecəmiz sona çatıb”, - şəhər rəhbəri bildirib.
Onun sözlərinə görə, dünəndən şəhərdə hərbi hissələr və aerodrom atəşə tutulub: “Paytaxtdan göndərilən hərbi maşınlar vaxtında gəldi, sonra Vasilkov müdafiə olundu”.