Hazırda Rusiyanın əsas hədəfi Xarkov və Kiyevdir.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezident Vladimir Zelenski deyib.
“Hazırda Xarkov və Kiyev Rusiya üçün ən mühüm hədəflərdir. Terror müqavimətimizi qırmaq məqsədi daşıyır. Onlar paytaxtımıza, eləcə də Xarkova girməyə çalışırlar”, - dövlət başçısı bildirib.
Zelenski paytaxtın müdafiəsinin dövlət üçün əsas prioritet olduğunu vurğulayıb.
“Ukrayna düşmənin qarşısını almaq üçün əlindən gələni etməlidir. Hər bir şəhərin hərbi və mülki rəhbərliyi buna görə məsuliyyət daşıyır. Amma Kiyev xüsusidir. Gəlin Kiyevi - dövləti müdafiə edək. Kiyev ölkəmizin ürəyidir. Onun üçün mübarizə aparılmalıdır”, - prezident söyləyib.