3 Mart 2022 09:57
2 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna tərəfi bəyan edib ki, Rusiya Federasiyası ilə danışıqlar aparılacaq, lakin Belarusun Qomel şəhərində deyil, başqa yerlərdə.

Teleqraf.com xəbər verir ki, bunu danışıqlarda Ukrayna nümayəndə heyətini təmsil edən David Arahamiya deyib.

“Puşçada danışıqlarla bağlı məlumat reallığa uyğun gəlmir. Danışıqlar olacaq, amma yer başqadır. Bütün təfərrüatlar sonra olacaq”", -Arahamiya deyib.

Qeyd edək ki, Rusiya nümayəndə heyəti artıq planlaşdırıldığı kimi iki ölkə arasında danışıqların ikinci mərhələsinin keçiriləcəyi Puşçaya gəlib. Nümayəndə heyətinin rəhbəri Vladimir Medinski gəldikdən sonra Rusiya nümayəndələrinin martın 3-də Ukrayna nümayəndə heyətini gözlədiklərini bildirib.

Bu bəyanatlara cavab olaraq Kiyev nümayəndə heyətinin üzvlərindən biri, Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixailo Podoliak dialoqun real başlanğıcını gözləməyə çağırıb.

O, Twitterdə belə yazıb: “Digər tərəfin (Ukraynanın) masa arxasında iştirakı olmadan real danışıqların aparıla biləcəyi şübhəlidir. Ona görə də dialoqun real başlamasını gözləyin”.


Müəllif: Nemət

Oxşar xəbərlər