“Ukrayna əsgərlərinin işğalçıya ciddi cavab verməsindən sonra Rusiya ordusu terrorçu və qorxaq dəstəsinə çevrilib. Qarşıda hələ çox ağrılar olsa da, qələbə mütləq bizim olacaq”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Ukrayna Müdafiə naziri Aleksey Reznikov özünün növbəti müraciətində səsləndirib.
Müdafiə naziri bildirib ki, nə Rusiyada, nə də Qərbdə bizim bir həftə dözəcəyimizə inanmırdılar. İnananlar tək sən,mən idik... Fevralın 24-ə qədər ukraynalıların üçdə ikisi Rusiyanın genişmiqyaslı işğalı vəziyyətində müqavimət göstərəcəyimizə əmin idi. Bu gün bunlar demək olar ki, 90%-dir. Bu, müdafiəçilərimizin qəhrəmanlığının nəticəsidir. Bu, komandamızın peşəkar fəaliyyətinin nəticəsidir. Bu, hər birinizin fədakarlığıdır. Həkimlərimiz, xilasedicilərimiz, kommunal xidmət orqanlarımız, dəmiryolçularımız, jurnalistlərimiz, maliyyəçilərimiz öz cəbhələrini tuturlar. Ölkə dayanmayıb və mübarizə aparır. Bu gün ön sıralarda olan hərbi-mülki idarələrin rəhbərlərini, bələdiyyə sədrlərini xüsusilə qeyd etmək istəyirəm. Çerniqov, Sumi, Konotop, Xarkov, Mariupol, Xerson, Nikolayev”.
Müdafiə naziri qeyd edib ki, Ukrayna ordusu artıq minlərlə işğalçını məhv edib:
“Bu qədər texnika var, hansı ki bir neçə dövlətin ordusunu təchiz etmək olardı. Silahlı qüvvələrimizin imkanları artır, kömək gəlir. Hava ovçularımız əfsanəyə çevrilib. Paraşütçülər, piyadalar, artilleriya - hamısı ukraynalıların ən yaxşı olduğunu sübut edir. Dünən mən vətəndaşları total müqavimətə çağırdım. Düşmən rabitə vasitələri məhv edilməlidir. Onun bizim torpaqlarımıza qaçaq yolla keçirməyə çalışdığı metastazlar bunlardır. Rus işğalçıları biabırçı məğlubiyyətdən qorxaraq insanlığa qarşı cinayətlər törətməyə başladılar. Onlar xəstəxanaları atəşə tutur, qadın və uşaqları öldürürlər. Bu artıq ordu deyil - bunlar adi qorxaqlar və terrorçulardır. Qarşıda daha çox sınaqlar var. Qan, göz yaşı, ağrı olacaq. Ancaq indi, həmişəkindən daha çox özümüzə arxayın olmaq üçün hər cür əsasımız var. Biz mütləq qalib gələcəyik”.