Rusiyada tviter sosial şəbəkəsinə giriş məhdudlaşdırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) məlumat yayıb.
Xidmətin məlumatına görə, sayta giriş “İnformasiya, informasiya texnologiyaları və informasiyanın mühafizəsi haqqında” federal qanunun iğtişaşlara, ekstremist çağırışların yer aldığı saytlara girişin məhdudlaşdırılması prosedurunu tənzimləyən 15.3-cü maddəsinə əsasən məhdudlaşdırılıb.
Qeyd edək ki, daha əvvəl Rusiyada feysbuk sosial şəbəkəsinə giriş bloklanıb.