Belarusiyadan olan desant Ukraynada saxlanılıb. O, Ukraynaya qarşı döyüşmək istəmədiyi üçün sərhədi özü keçdiyini iddia edir.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna patrul polisinin rəhbəri Yevgeni Jukov “Facebook” sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, belaruslu paraşütçü Şatsk istiqamətində yerli sakinlər tərəfindən saxlanılıb və sərhədçilərə təhvil verilib.
“O, bizimlə döyüşmək istəmədiyi üçün Ukraynanın tərəfinə keçdiyini deyir. Mövqelərdən, sərhəddəki qoşunların sayından danışır”, - Jukov yazıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı da yazır ki, Belarus batalyonu və taktiki qrupları Ukrayna ilə sərhəddədir.