“Bu gün Ukrayna səması ən həssas durumdadır”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Müdafiə naziri Aleksey Reznikov “Facebook” səhifəsində yazıb.
Nazir qeyd edir ki, indi Ukrayna səması ən həssasdır: “Təcavüzkar özünün hava və raket imkanlarından hərtərəfli və fəal şəkildə istifadə edir. Şəhərləri, qəsəbələri və mülki infrastrukturu, o cümlədən nüvə və su elektrik stansiyaları kimi kritik və təhlükəli olan obyektləri bombalayır.
O qeyd edib ki, Ukrayna sükut rejiminin tətbiqi və humanitar dəhlizlərin açılması üzərində işləyir: “Biz ümid edirik ki, humanitar dəhliz işləyəcək və biz mülki insanları təxliyə edə biləcəyik”.
Ərazilərdəki hazırkı vəziyyətlə bağlı o qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri vəziyyətə nəzarət edir, sərhədləri saxlayır və düşməni geri çəkərək əks-hücuma keçir.
“İşğalçıların əsas səyləri Kiyevin mühasirəyə alınmasına və onların blok etdiyi yaşayış məntəqələrində müqavimətin zəifləməsinə yönəldilib. Kiyev şəhərinin müdafiəçiləri düşmənin hücumunu dəf etmək, onun hücum qrupunu darmadağın etməkdə davam edirlər”, - nazir bildirib.