22 Noyabr 2014 21:21
1 327
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Respublikası başçısının köməkçisi Nuru əl-Maliki Mosul şəhərinin "bir sui-qəsd nəticəsində" terror təşkilatı İŞİD-in əlinə keçdiyini bildirib.

O, vurğulayıb ki, bu səbəbdən ordu terrorçularla hər hansı qarşıdurmaya girmədən geri çəkilib.

Teleqraf.com-un məlumatına görə, sabiq baş nazir iddia edib ki, Mosulun döyüşsüz təslim edilməsində maraqlı olan qüvvələr olub.

Maliki bu qüvvələrin mənsubiyyətini və kimliyini açıqlamasa da, onların məzhəbçi və təriqətçi olduqlarını bəyan edib.

Nail Cəlil


Müəllif: