8 Mart 2022 10:58
1 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiyaya qarşı ittihamlar səbəbilə “Şimal Axını-1”lə bağlı addım ata biləcəklərinə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Novak bu səbəbdən boru kəmərindən təbii qaz axınını kəsə biləcəklərini deyib.

“Şimal Axını-1"dən qaz axınına embarqo qoymağa tam haqqımız var. Ancaq indiyə qədər belə bir addım atmamışıq. Bunun heç kimə faydası olmayacaq. Amma avropalı siyasətçilər öz bəyanatları ilə bizi buna sövq edirlər”, - rusiyalı rəsmi bildirib.

Rusiya “Şimal Axını-1” xətti ilə Baltik dənizi üzərindən Almaniyaya ildə 55 milyard kubmetr təbii qaz verir.

ABŞ və Avropa ölkələri arasında Rusiya neftinin idxalına qadağa qoyulması üçün aparılan danışıqlara toxunan Novak belə bir ssenaridə neftin bir barelinin qiymətinin 300 dollara qədər qalxa biləcəyini bildirib.

Mütəxəssislər isə bunun qlobal iqtisadiyyat üçün “kabus ssenarisi” olduğunu deyirlər.

Ağ Evin sözçüsü Cen Psaki isə Rusiya neftinin idxalına qadağa qoyulması ilə bağlı hələlik qərar vermədiklərini söyləyib: “Həm öz özümüzlə, həm də avropalı tərəfdaşlarımızla məsləhətləşirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər