8 Mart 2022 13:29
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada yaşayan erməni Stella Melkonyanın mağazasına Rusiya məhsulları satdığı əsas gətirilərək hücum edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “France Bleu” saytı məlumat yayıb.

Məlumata görə, olay Fransanın Renn şəhərində baş verib. Hücumun naməlum şəxslər tərəfindən edildiyi bildirilib.

Melkonyan bildirib ki, vitrin sındırılıb və hücum Ukrayna-Rusiya müharibəsi səbəbindən baş verib.

Hadisə ilə bağlı erməni qadın polisə şikayət edib.

Digər yandan, Melkonyanın Ukraynanın Mariupol şəhərində yaşayan ailəsindən bir həftəyə yaxındır xəbər almadığı bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər