10 Mart 2022 13:07
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Ukrayna xarici işlər nazirləri Sergey Lavrov və Dmitri Kuleba Antalyada keçirilən görüşdən sonra ayrı-ayrılıqda mətbuat konfransı keçirəcəklər.

Teleqraf.com xəbər verir ki, bu barədə görüşün təşkilatçıları bildiriblər.

“Rusiya xarici işlər naziri Sergey Lavrov görüşdən dərhal sonra Rusiya nümayəndə heyəti üçün ayrılmış mətbuat konfransı zalında mətbuat konfransı keçirəcək. Həmçinin, Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın Antalyada keçirilən üçtərəfli görüşdən dərhal sonra ayrıca mətbuat konfransı keçirəcəyi gözlənilir”, - deyə təşkilatçılar qeyd ediblər.

Görüş mətbuatın iştirakı olmadan keçirilir.

Qeyd olunur ki, görüşdən əvvəl Türkiyə tərəfi tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilib.

Görüş Antalyada keçiriləcək diplomatik forum çərçivəsində baş tutur. Bu, Rusiya və Ukrayna XİN rəhbərləri arasında Ukraynada hərbi əməliyyatlar başlayandan bəri ilk görüşdür.


Müəllif: Səxavət