12 Mart 2022 22:03
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ukrayna hərbçiləri Azov dənizinin akvatoriyasında Rusiyanın “Sormovski 3064” mülki yük gəmisini atəşə tutublar.

Teleqraf.com-un məlumatına görə, bu barədə Rusiya İstintaq Komitəsinin Teleqram kanalında məlumat yayılı.

Atəş açılan zaman gəminin Krasnodar diyarının Şerbinovski rayonunun Şabelskoye kəndindən 12 kilometr şimalda, Azov dənizinin sularında olduğu bildirilir. Gəminin Yunanıstan limanından Taqanroq limanına doğru yol aldığı qeyd edilir. Gəmi hücumdan sonra alovlansa da, ekipaj üzvləri yanğını lokallaşdırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər