Fransalı aktivist Pyer Afner Rusiya Prezidenti Vladimir Putinin qızının villasına gizlincə girib, qapıların açarlarını dəyişib və ukraynalı qaçqınları bu villada yaşamağa dəvət edib.
Teleqraf.com xəbər verir ki, bu məlumatı “Insider” yayıb.
Qeyd edilir ki, sözügedən villa əvvəllər Kirill Şamalov və Gennadi Timçenkoya məxsus olub.
Katerina Tixinovaya məxsus olduğu iddia olunan villanın 8 çarpayısı və üç hamamı var. Villaya girən fransız fəal binanın keçmiş sahiblərindən - Putinin keçmiş kürəkəni Kirill Şamalov və Rusiya prezidentinin dostu Gennadi Timçenko ilə bağlı müxtəlif sənədlər tapıb.
Putinin Atlantika sahillərində daşınmaz əmlaka sərmayə qoyması barədə məlumatı hələ 1996-cı ildə siyasətçi Aleksandr Belyaev dərc etmişdi. Söhbət Marina Salinin ortaya çıxardığı sxem üzrə Sankt-Peterburq meriyasından oğurlanan və Avstriya hesabları vasitəsilə çıxarılan pullardan gedirdi.
Prezident Putin o zaman iddiaları şiddətlə rədd edib və o vaxtkı mətbuata görə, Atlantik sahillərinin harada olduğunu belə bilmədiyini deyib.