Azərbaycan Respublikası ilə İran İslam Respublikası ortaq tarixi köklərə malikdirlər və rəsmi Tehran ilə Bakının dostluq münasibətlərinin əsasını xalqların yaxınlığı təşkil edir.
Teleqraf.com-un məlumatına görə, buu fikirləri İranın xarici işlər nazirinin müavini, İran prezidentinin Xəzər dənizinin hüquqi statusunun müəyyənləşməsi istiqamətində aparılan danışıqlar prosesindəki nümayəndəsi İbrahim Rəhmipur deyib.
O bildirib ki, İran ilə Azərbaycanın dostluq münasibətlərinə heç bir qüvvə zərər vura bilməz.İ. Rəhmipur bildirib ki, İran quruda 7, dənizdə isə 8 dövlətlə həmsərhəddir. İrana həmsərhəd olduğu 15 ölkə arasında Azərbaycan qədər yaxın olanı yoxdur.
Odur ki, Azərbaycanın İranın xarici siyasətində özünəməxsus yeri var. Hər iki dövlət münasibətlərin yüksək səviyyədə qalmasına diqqət ayırmalıdır. Nazir müavini qeyd edib ki, rəsmi Tehran ilə Bakı iqtisadi əlaqələrlə yanaşı təhlükəsizlik sahəsində də əməkdaşlığı prioritet istiqamət hesab edirlər.
Bu əlaqələrin inkişafı region xalqlarının daim sülh və şəraitində yaşamasına xidmət edəcək.