19 Mart 2022 00:13
1 564
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Cozef Baydenlə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında videoformatda danışıq olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Qeyd edilir ki, Bayden həmkarını Rusiyaya dəstək verəcəyi təqdirdə bunun mümkün fəsadları barədə xəbərdarlıq edib.

Baydenlə Si Cinpinlə söhbətdə ABŞ və ÇXR arasında rəqabəti tənzimləmək üçün açıq kommunikasiya xətlərini saxlanılmasının əhəmiyyəti haqqında razılaşıblar.

“Prezident Bayden bu gün Çin Xalq Respublikasının sədri Si Cinpinlə Rusiyanın Ukraynaya səbəbsiz işğalı barədə danışıb”, - Ağ Evdən vurğulanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər