20 Mart 2022 19:12
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Silahlı Qüvvələrinin Ukrayna ərazisinə birbaşa müdaxiləyə hazırlığının əlamətləri qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

“Belarus Silahlı Qüvvələrinin Ukraynaya birbaşa müdaxiləyə hazırlığının əlamətləri qeydə alınıb. Dövlətimizin müdafiə qüvvələri bu müdaxiləni dəf etməyə hazırdır”, - açıqlamada qeyd olunub.

Məlumata görə, rus ordusu Polissya istiqamətində işğal olunmuş sərhədlərdə möhkəmlənməyə çalışır, ehtiyatların gəlməsi hesabına öz sıralarının güclənməsini gözləyir və Kiyevə hücuma hazırlaşır.

Açıqlamada bildirilib ki, Rusiya qoşunları aviasiya və artilleriyadan istifadə etməklə Ukrayna Silahlı Qüvvələrinin mövqelərini yenidən havadan atəşə tutmağa başlayıblar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər