Rusiyanın tərəfini tutan Belarusun Ukrayna ərazisinə girəcəyi iddiası Kiyevi hərəkətə gətirib.
Teleqraf.com xəbər verir ki, bunun ardınca Ukrayna Müdafiə Nazirliyi Rusiya lideri Vladimir Putinin müttəfiqi Belarus Prezidenti Aleksandr Lukaşenkoya xəbərdarlıq edib.
Belarus ordusunun Ukrayna ərazisinə girməyə hazırlaşmasına dair məlumatların olduğunu bildirən nazirlik vurğulayıb: “Rusiyanın Ukraynaya silahlı hücumunda Belarus hərbçilərinin birbaşa iştirakı Aleksandr Lukaşenkonun ölümcül səhvi olacaq”.
Ukrayna tərəfi qeyd edib ki, Belarus Volın istiqamətində hücuma keçə bilər.