24 Mart 2022 08:45
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Ukraynada dərhal atəşkəsə çağırır.

Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu bildirib.

F.Sinirlioğlu deyib: "Bu müharibədə qalib ola bilməz. Bu müharibə başlamamalı idi və dərhal dayandırılmalıdır".

O, çıxışına belə davam edib: “Dünya birliyi buna dözə bilməz, bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”.

F.Sinirlioğlu hər gün qadın və uşaqların öldüyü Mariupoldakı kritik vəziyyəti diqqətə çatdırıb:

"Biz ukraynalı qardaşlarımızı bəlada qoymayacağıq", - deyə Türkiyənin BMT-dəki daimi nümayəndəsi əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər