4 Aprel 2022 16:07
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın keçmiş kansleri Angela Merkel minlərlə dinc sakinin ölümünə səbəb olan Rusiya ordusunun Ukraynaya hücum etməsinə baxmayaraq bu ölkənin NATO-ya qəbul edilməməsi qərarını doğru sayır.

Teleqraf.com xəbər verir ki, Merkel bu barədə öz sözçüsü vasitəsilə Vladimir Zelenskinin ona qarşı ittihamlarını şərh edərkən bildirib.

Ukrayna prezidenti deyib ki, məhz Almaniya və bəzi digər ölkələrin mövqeyi sayəsində Kreml rejiminin çoxsaylı hərbi cinayətləri, xüsusən də Buça faciəsi mümkün olub.

Almaniya hökumətinin keçmiş rəhbəri bildirib ki, o, Ukraynanın Şimali Atlantika Alyansına qoşulmasına qarşı çıxmaq qərarından peşman deyil: “Mən 2008-ci ildə Buxarestdə keçirilən NATO sammiti ilə bağlı qərarları dəstəkləyirəm”.


Müəllif: Nemət