Qətərin paytaxtı Dohada Fars Körfəzinin ərəb dövlətləri əməkdaşlıq şurasının xarici işlər nazirlərinin növbəti iclası keçiriləcək.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, dekabrın 9-10-da baş tutacaq iclas zamanı İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ilə mübarizə, İranın nüvə proqramı, İsrail-Fələstin münaqişəsinin həlli və digər beynəlxalq məsələlər müzakirə olunacaq.
İclasın sonunda məsələlərin həlli ilə bağlı bütün tərəflərin mövqeyini əks etdirən qətnamənin qəbul olunacağı gözlənilir.
Samir