16 Aprel 2022 23:02
1 965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın hava hücumundan müdafiə qüvvələri Qərb hərbi texnikasının böyük partiyası ilə yüklənmiş Ukrayna hərbi-nəqliyyat təyyarəsini vurub.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov açıqlayıb.

Onun sözlərinə görə, Rusiyanın Odessa vilayətindəki hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus hərbi nəqliyyat təyyarəsini havada vurub.

Təyyarənin göyərtəsində Qərb ölkələrinin Ukraynaya tədarük etdiyi silahların böyük bir hissəsinin olduğu bildirilib.


Müəllif: Teleqraf.com