16 Aprel 2022 23:17
1 677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan bankları Rusiya əleyhinə sanksiyalara qoşula bilər.

Teleqraf.com Axar.az-a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfiri Lin Treysinin bəyanatında yer alıb.

ABŞ səfiri qeyd edib ki, təxminən bir ay əvvəl o, Ermənistan bankları ilə görüş keçirib və həmin bankları Rusiyaya kömək etməkdən çəkinməyə çağırıb.

“ABŞ Ermənistanın beynəlxalq sanksiyalara sadiqliyini yüksək qiymətləndirir və bu məsələ ilə bağlı Ermənistanın bank sektorunun nümayəndələri ilə müntəzəm əlaqə saxlayır”.


Müəllif: Teleqraf.com