20 Aprel 2022 13:13
1 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ruslar Mariupol şəhərini yavaş-yavaş ukraynalılar üçün əsl gettoya çevirirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə şəhər merinin köməkçisi Pyotr Andryuşenko məlumat verib.

Onun sözlərinə görə, rus işğalçıları Mariupol sakinlərini yalnız ağ sarğılarla şəhərdə hərəkət etməyə məcbur edirlər.

Andryuşenko qeyd edib ki, ruslar artıq açıq şəkildə sakinləri güllələməklə hədələyiblər.

“İşğalçılar Mariupol sakinlərini güllələməklə hədələyərək ağ sarğı taxmağa məcbur edirlər. Küçədə belə sarğısı olmayan hər kəsə atəş açmaqla hədələməyə keçiblər”, - merin köməkçisi vurğulayıb.

Andryuşşenko bildirib ki, ruslar tədricən şəhəri ukraynalılar üçün əsl gettoya çevirirlər, eyni zamanda dinc əhalidən qaynar nöqtələri aşkar etmək üçün “yem” kimi istifadə edirlər.

Xatırladaq ki, Mariupol martın 1-dən mühasirədədir, rus ordusu şəhəri intensiv atəşə tutur, şəhəri tam nəzarətə götürməyə çalışır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər