Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələrin görüşü zamanı qarşıdakı dövrdə atıla biləcək müxtəlif addımlar müzakirə olunacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, sərhədin yenidən müəyyənləşdirilməsi ilə bağlı razılaşma əldə olunub.
Bundan əlavə, Çavuşoğlu Azərbaycanla Ermənistan arasında birgə komissiyanın yaradılacağını xatırladıb.